Dünyaca məşhur futbolçu Kriştianu Ronaldo “Real Madrid”i tərk etmək istəyir. Onun sözlərinə görə, klubda özünü rahat hiss etmir. “Klubda mənim narahatlığımın səbəbini bilirlər. Amma mən bu haqda danışmaq istəmirəm. “Grenada” ilə son oyunda vurduğum 2 qola, ən əsası isə “Real”ın qələbəsinə görə çox sevinirəm. Bu mövzuda çox danışmaq istəməzdim. Florentino Perez ilə görüşüb koomandanı tərk etmək istəyimi ona bildirmişəm”, – deyə ulduz futbolçu İspaniya mətbuatına bildirib.
Ronaldo onu da etiraf edib ki, komanda yoldaşları, xüsusən də Fabio Koentrau, Marselo və ən yaxın dostu Pepe ilə münasibətləri korlanıb.
Ronaldo “Real”dan getmək istəyir
•
•