Türkiyəli populyar aktrisa Beren Saat Azərbaycana gələcək.
Lent.az-ın məlumatına görə, bu barədə mediaya xalq artisti Aygün Kazımova bildirib. Onun sözlərinə görə, aktrisanın ölkəmizə gəlişinə səbəb Azərbaycanda tanınmış bir şirkətin yeni mağazasının açılış mərasimində iştirak etməkdir. Aygün Kazımova Beren Saatla həmin mağazanın açılışında iştirak edəcəyini söyləyib.
Qeyd edək ki, məşhur müğənni Kənan Doğulunun sevgilisi olan Beren Saat çəkildiyi müxtəlif seriallarda Zilan, Fatmagül, Bihter kimi obrazlarla yadda qalıb.