NASA gələcəyin təyyarəsi üzərində işləyir (VİDEO)

NASA aviasiyanın inkişafında yeni bir mərhələ olacaq «gələcəyin təyyarəsi»nin hazırlanması prosesinə start verib. Söhbət hazırda yalnız konsepsiya halında mövcud olan səs sürətini bir neçə dəfə üstələyən təyyarədən gedir. Alimlər bu nəticələrə təyyarənin texniki və formasında inqilabi dəyişikliklərə imza atdıqdan sonra nail olublar, 

Xarici görkəminə görə, təyyarə dörd güşəli ulduza bənzəyir. Kənarlardan uzun qanadlarla təchiz olunmuş təyyarənin gövdəsi konusvaridir. Təyyarənin sürəti saatda 1.2 min kilometrdir. Təyyarənin texniki göstəriciləri bununla bitmir. Hava gəmisi göydə 90 dərəcəli bucaq altında da uça bilir. Təyyarənin əsas üstünlüyü isə onun ibarətdir ki, təyyarə səsin sürətini keçən zavan «səs zərbəsi» adını alan aerodinomik hadisəyə məruz qalmamasıdır. Yəni təyyarə indiyə qədər mövcud olan səs sürətini keçən zaman hava gəmisində olan insanlar heç bir narahatçılıq keçirmirlər. Təyyarə kütləvi istehsala keçdikdən sonra Nyu-Yorkla Los-Anjeles arasında uçuş vaxtı 6 saatdan 2 saata enəcək.

azadliq.info