Bakı şəhərinin ən hündür hissələrindən birində tikilən “Bakı Alov Qüllələri” kompleksinin ərazisindən naməlum insan sümükləri tapılıb.
Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Parlament prospekti 2 ünvanında yerləşən kompleksin ərazisində aparılan qazıntı zamanı naməlum şəxs və ya şəxslərə məxsus sümüklər və insan qalıqları aşkarlanıb.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.