Ölkə başçısı üçün Gədəbəydə və Qəbələdə yeni iqamətgahlar tikilir
Dövlət başçısı Ilham Əliyev üçün Qəbələ və Gədəbəy rayonlarında yeni iqamətgah tikilir. Bu xəbər redaksiyamıza hakimiyyət daxilindən sızıb. Iddia edilir ki, Ilham Əliyevin Qəbələdəki iqamətgahı rayonun Küsnət kəndində inşa edilir.
Artıq tikinti işlərinə başlanılıb. Iqamətgaha görə bütöv kənd boşaldılıb. Sakinlərə kompensasiya ödənilsə də, onlar doğma kəndlərini tərk etdiklərinə görə məyusdurlar. Bildirilir ki, Küsnət kəndi kiçik kənddir. Kənddə təxminən 30 ev var. Qəbələnin ən mənzərəli kəndlərindən hesab edilir.
Ilham Əliyevin Gədəbəydəki iqamətgahına gəlincə, bunun üçün Qalakənd kəndinin yaxınlığındakı ərazi gözaltı edilib.
Azad