ulduz fali

Günün ulduz falı (02.09.12)

QOÇ
Bacarıqlarınız çərçivəsində özünüzə müvafiq məşğuliyyət tapmaqda çətinlik çəkirsiniz. Yaxşı tanımadığınız şəxslərlə münasibətdə olmaq məcburiyyəti sizi qıcıqlandıracaq. O üzdən də hisslərinizə qalib gələ bilmirsiniz, bəzi anlarda nəzakət çərçivəsindən çıxırsınız.
BUĞA
Bu gün qeyri-səmimi adamlarla ünsiyyətdə olmaq məcburiyyətində qalacaqsınız. Artıq yükü üzərinizdən atmağa çəkinməyin, bunun faydasını görəcəksiniz. Şəxsi müstəvidə baş verən hadisələr həyəcanverici olacaq. Ancaq nəzərə alın ki, bu gərginlik içərisində sevincli dəqiqələr də sizi gözləyir.
ƏKIZLƏR
Yarımçıq işlərinizi tamamlamaq imkanınız var. Əldə etdiyiniz gəliri tamamilə xərcləməyə tələsməyin, ona hələ ehtiyacınız olacaq. Yadda saxlayın ki, bugünkü istənilən səfər ehtiyatlılıq tələb edəcək. Yola çıxarkən hərtərəfli ehtiyatlı olun.
XƏRÇƏNG
Işləriniz getdikcə qaydasına düşür. Sizi narahat edən suallara cavab tapacaqsınız. Yaşca sizdən böyük şəxslə aranızda mübahisə düşəcək. Siz sülhsevərliyinizi nümayiş etdirməyə çalışacaqsınız. Nəticədə açıq münaqişədən qaçmağı bacaracaqsınız.
ŞIR
Cəsarət tələb edən eksperimentlər, yeni başlanğıclar üçün uğurlu gündür. Yeni tanışlarınızla yaxşı dil tapacaqsınız, yaxınlarınızla da münasibətləriniz qaydasında olacaq. Xoşagəlməz sürprizləri uşaqlarınızdan gözləyin. Siz də öz növbənizdə bu sürprizləri yumorla qarşılayırsınız. Gözləmədiyiniz halda qonağınız gələ bilər, yaxud da əksinə, özünüz yola çıxa bilərsiniz.
QIZ
Istənilən orijinal, qeyri-adi işlərinizi təxirə salmalı olacaqsınız. Əgər ulduzların təkidinə baxmayaraq, yeni başlanğıclara can atacaqsınızsa, onda yola tək çıxmayın. Özünüzə “yol yoldaşı” seçin. Yoldaş seçərkən nəzərə alın ki, həmin şəxs sizinlə birlikdə qayğı və təhlükəni paylaşmağa hazır olmalıdır.
TƏRƏZI
Sizin üçün uğursuz gündür. Planlarınızı dəyişməli olacaqsınız. Çoxdan reallaşdırmaq istədiyiniz işi kənara qoymaq elə də asan olmayacaq. Bunu biruzə verməyə çalışsanız da, sizdə alınmayacaq. Ətrafdakılar duyuq düşüncə sizi öz sualları ilə bezdirəcəklər. Günün müsbət tərəfi maliyyə sferası ilə bağlıdır. Ehtimal ki, gəliriniz olacaq.
ƏQRƏB
Yaxşı olar ki, vacib işlərinizi, görüşlərinizi günün birinci yarısına planlaşdırasınız. Planınıza alış-verişi də daxil edə bilərsiniz. Yumor hissiniz sizi pis vəziyyətə salacaq. Yaxınlarınız sizin zarafatınızı düzgün anlamayacaq və küsəcəklər.
OXATAN
Hisslərinizi nəzarət altında saxlayın. Düzdür, sakitliyi saxlamaq çətin olacaq. Yadda saxlayın ki, siz güclüsünüz deyə, bu çətinliyin də öhdəsindən gələcəksiniz. Yaşlılarla ünsiyyətdə olmağınız məsləhətdir, onlardan faydalı tövsiyələr ala bilərsiniz.
OĞLAQ
Bu gün sizin üçün asan olacaq. Ulduzların fikrincə, bu gün daha çox romantik tanışlıq baxımından uğurludur. Yeni münasibət yaddaqalan, parlaq və ehtiraslı olacaq. Əgər öz yarınızı tapmısınızsa, ona xoş sürpriz etməyə tələsin.
DOLÇA
Bəxtiniz gətirəcək. Hətta çətin işlərin öhdəsindən də asanlıqla gələcəksiniz. Yaxşı əhval-ruhiyyə sizi gün boyu təqib edəcək. Yeni tanışlığa gəlincə, burada ehtiyatlılıq tələb olunur. Siz çox cəlbedici olduğunuzdan xoşunuz gəlməyənlərin belə diqqətini çəkirsiniz.
BALIQLAR
Xoş olmayan gündür. Qarşınıza qoyduğunuz məqsədə çatmaq çətin olacaq. Yardım və dəstək aldığınız şəxslərlə aranızda münaqişə yaranacaq. Yaşca böyük olan şəxslər sizi anlamayacaq və hərəkətlərinizi açıq-aşkar müzakirə edəcəklər. Təəssüf ki, yaşıdlarınız arasında da sizinlə razılaşmayanlar çox olacaq.