Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycan Ordusunun zabiti Ramil Səfərovu qəbul edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, vətənə dönməsi və əvf olunması münasibəti ilə R.Səfərovu təbrik edən müdafiə naziri onu mayor rütbəsi ilə təltif edərək, gələcək hərbi fəaliyyətində uğurlar arzulayıb.
Bundan başqa, hərbi ekspert Üzeyir Cəfərovun məlumatına görə, bugünkü görüşdə müdafiə naziri Səfər Əbiyev mayor Ramil Səfərova həbsdə olduğu müddətdə çatacaq bütün məvacibinin tam şəkildə ödənilməsi barədə göstəriş verib. Bu 45 (qırx beş) min Azərbaycan manatı məbləğində vəsaitdir. Bundan əlavə, Ramil Səfərova hər şəraiti olan 3 otaqlı mənzil də bağışlanılıb.