Qaradağda daha bir avtobus qəzası: 3 ölü

Avqustun 31-də Bakı şəhərinin Qaradağ rayonu ərazisində daha bir ağır yol-nəqliyyat qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Bakı-Qazax magistralının Qobustan qəsəbəsindən keçən hissəsində “Otoyol” markalı sərnişin avtobusu ilə “VAZ 2106” toqquşub. Nəticədə minik avtomobilində olan şəxslərdən 3-ü hadisə yerində ölüb. Bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Minik avtomobilində olanlar Lənkəran sakinləri imiş.