Ermənistan Macarıstanla əlaqələri kəsdi

Ermənistan Macarıstan ilə diplomatik əlaqələrini dayandırıb. Bu barədə “Novosti-Armeniya” agentliyi məlumat yayıb. Məlumata görə, Ermənistan prezidenti Serj Sarqsyan bu ölkədə akreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri ilə birgə keçirilən fövqəladə iclasda bildirib ki, Macarıstanla bütün diplomatik münasibətlər və rəsmi əlaqələr bu gündən etibarən dayandırılır.

Bu arada Ermənistan parlamentini spiker Ovik Abramyan Macarıstana rəsmi səfərini qeyri-müəyyən vaxtadək təxirə salıb. Səfər Macarıstan parlamenti sədrinin dəvəti ilə sentyabrda baş tutmalıydı. Lakin Macarıstan hökumətinin Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Azərbaycana təhvil verilməsi ilə bağlı qərarı Ovik Abramyanı səfərdən imtinaya məcbur edib. Məlumatı Ermənistan Milli Şruasının mətbuat xidməti yayıb.