Son hadisələr bölgədə gərginliyin artmasına səbəb ola bilər
“Dağıstanda dini lider şey Səid Əfəndinin ölümü ilə nəticələnən terror aktı bölgədə baş vermiş ən dəhşətli hadisə deyil. Çünki bundan sonra baş verəcəklər daha dəhşətli olar bilər”. Bunu son günlər Şimali Qafqazda yaşanan gərginliyi şərh edən Almaniyada yayımlanan “Frankfuter Rundschau” qəzetinin şərhçisi müəllif məqaləsində bildirib. Onun yazdığına görə, rusiyalı hüquq müdafiəçiləri və siyasilər Şimali Qafqaz respublikasında vətəndaş müharibəsinin başlanmasından qorxur. Öldürülən şeyx radikal sələfilərlə sufilər arasında münasibətlərin normallaşdırılmasında mühüm şəxs idi.
Siyasi şərhçi yazır ki, bölgədəki hakimiyyət sələfilərə sərt təzyiqlər edir. Onlara qarı hücumlar isə Səudiyyə Ərəbistanından maliyyə və dini dəstək almasıyla əlaqələndirilir. Sələfi qrupların üzvləri qanunsuz silahlı dəstələr yaratmaqda, terror aktları törətməkdə günahlandırılırlar. Şeyxin öldürülməsi də sələfilərin üzərinə atılır. Bu isə bölgədə sələfi-sufi qarşıdurmasının alovlanmasına yol aça bilər.