AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev ötən gün ABŞ-ın ölkəmizdəki səfirliyinin siyasi məsələlər üzrə müşaviri Fanta Orr ilə görüşüb. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət və son zamanlar 2013-cü il seçkiləri ətrafında cərayan edən hadisələr müzakirə edilib.
Tərəflər arasında qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da müzakirələr aparılıb.
AXCP sədrinin müavini ABŞ səfirliyinin müşavirilə görüşüb
•