ABŞ Maliyyə Nazirliyinin Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə məsləhətçisi Devid Koenin İsveçrə və Türkiyəyə səfəri başlayıb. Amerikalı rəsminin səfərində ABŞ-ın İrana yönəlik sanksiyalarının genişləndirilməsi və Suriya rejiminin devrilməsi məqsədiylə beynəlxalq təzyiq kampaniyasının fəaliyyətini gücləndirmək müzakirə olunacaq.
Maliyyə Nazirliyindən yayılan açıqlamada bildirilir ki, Koen İsveçrə və Türkiyədə keçirəcəyi yüksək səviyyəli görüşlərdə İran Mərkəzi Bankı ilə İranın neft-kimya və neft sektorunu hədəf alan ABŞ sanksiyalarını genişlədən qətnamə barədə məlumat verəcək. Koenin aparacağı danışıqlar zamanı ABŞ-ın Əsəd rejiminə qarşı beynəlxalq sanksiyaları mərkəzləşdirmə və genişləndirmə də nəzərdən keçiriləcək.