17 yaşlı gürcü qızı tarix yazdı

17 yaşlı gürcü qız Anna Lominadze əli və ayaqları bağlı halda Dardanel boğazını üzərək keçən ilk qadın kimi tarixə düşüb. Gürcüstan KİV-in verdiyi xəbərə görə, o, 5500 metr məsafəni 50 dəqiqəyə üzə bilib. Lominadze bu uğurunu məşqçisi Henri Kupraşviliyə həsr edib. Kupraşvili də 10 il qabaq eyni vəziyyətdə Dardaneli üzüb keçmişdi (Lent.az).