Gürcüstan prezidentinin opponentləri Saakaşviliyə vaxtilə dünya Twitter trendinə çıxmış “Davaydosvidaniya” meyxanası ilə müraciət ediblər.
Avqustun 26-da Klikləyin Youtube səhifəsinə yüklənilmiş video 170 mindən artıq klik cəlb edib.
Videoda qonaqlığa toplaşanlar televizor ekranında Saakaşvilinin şəklinə üz tutaraq onu getməyə çağırırlar.
“Sən səmalarda – buludlar arasında uçursan”, – deyilir meyxanada. “Xalqınla isə dəyənək vasitəsi ilə danışırsan. Çıx-get, tərpən yerindən. Davay dosvidaniya!”
Klikləyin “Davaydosvidaniya” videosu qarşıdan gələn həlledici parlament seçkilərində Saakaşvili partiyasının əsas rəqibi milyardçı Bidzina İvanişvilinin Maestro kanalında işləyən “The Uhsangi” adlı istifadəçi tərəfindən yüklənib.
Ötən həftə Klikləyin Bidzina İvanişvilinin nəzarətindəki başqa bir kanalda göstərilmiş proqramda Mixail Saakaşvili Cənubi Osetiya müharibəsi vaxtı həyati əhəmiyyətə malik səhvlərdə ittiham olunub.
Prezidentin düşərgəsində videoklipə münasibət bildirilməyib.
Yerli müşahidəçilərə görə, 1 oktyabr parlament seçkiləri yaxınlaşdıqca Gürcüstanın media məkanında qarşılıqlı tənqid də şiddətlənir.
BBC Azəri