«Elçibəyin müalicə xərclərinin ödənmədiyini iddia etməklə ona sahib çıxan Ankaranı ləkələmək istəyirlər»
“İsbat edin, xərci mənim boynuma!”
“Azadlıq” qəzetinin Türkiyə təmsilçisi Aydın Taş Elçibəyin Ankarada müalicə xərclərinin ödənmədiyi ilə bağlı Azərbaycan mətbuatında yayılmış xəbərə müəllif yazısı ilə cavab verib. A.Taş bildirir ki, Elçibəyin ölümü ilə bağlı ortaya atılan əsassız iddia ətrafında başlamış qarayaxma kampaniyasına yeni həlqələr əlavə olunur.
AXCP sədri Əli Kərimlinin Elçibəyi zəhərlədiyi ilə bağlı həqiqətə uyğun olmayan iddia ilə yanaşı, Elçibəyin Türkiyədəki müalicə xərclərinin ödənmədiyini irəli sürməklə ona sahib çıxan Ankaranı ləkələmək istəyirlər: “22 avqust 2012-ci il tarixində ”modern.az” saytında bir xəbər yayılmışdı. Xəbərdə deyilirdi ki, mərhum Elçibəyin Ankara Xəstəxanası və Gülhanə Əsgəri Tibb Akademiyasında müayinə və müalicə xərcləri ödənməyib. Bu xərclər iki il sonra Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə AKP-dən olan bir iş adamı tərəfindən ödənilib. Xəbəri yazan özünü çox ağıllı hesab edir. Ancaq uydurduqları Türkiyə məsələsində nə qədər cahil olduğunu göstərir. Bu şəxs mənbə olaraq adının açıqlanmasını istəməyən AKP-li millət vəkilinə istinad edib. Xəbərin müəllifinə demək istəyirəm ki, nəinki AKP-li, heç MHP və CHP-li millət vəkili də ödənməmiş bir xərcdən danışmaz.
Bunu desə-desə ancaq terroristləri müdafiə edən partiyanın millət vəkili söyləyər. Yaxşı, bu müalicə xərcləri nə qədər imiş? Heç də az deyilmiş. Normal şərtlərdə səhhətində böyük problemlər olan, başqa ölkəyə müalicəyə gedən bir adamın müalicə xərclərinin ucuz olacağını yazmağa ehtiyac yoxdur.
Müəllif həqiqətən Türkiyəni tanımır ki, Türkiyənin bu xərcləri Azərbaycandan istəyə bilmədiyini, çünkü rəhmətliin ölümündən sonra bu pulu kimin ödəyəcəyini bilmədiyini uydurub. Bax qardaşım, biz kimdən nəyi alacağımızı yaxşı bilirik, hələ bir millət vəkili daha yaxşı bilir. Bundan şübhən olmasın. Bunu bir köşəyə yaz, bir daha uydurarkən diqqət et. “Bilməmək ayıb deyil, öyrənməmək ayıbdır” deyə, məsələ var. Türkiyə barədə məlumatsız olduğunu keçirəm, Elçibəyin müalicə mərhələsi ilə bağlı o qədər bilgisizsən ki, Türkiyə tərəfindən bir qəbz çıxarıla bilməyəcəyini anlamamısan. Deyək ki, belə bir qəbz var. Bu, 2000-2002-ci illərdə Türkiyənin baş naziri Bülənt Ecevit tərəfindən ödənə bilərdi. Sənə Elçibəyin sağlıq durumuyla yaxından maraqlanan və o dönəm baş nazirin yardımçısı olan MHP başqaı Dövlət Baxçalının iqtidar ortağı olduğunu da xatırladım. Deməli, sənin uydurduğun kimi, Tayyib bəyin AKP-dən olan bir iş adamına belə bir təlimat verməsinə ehtiyac yox idi”.
A.Taş yazır ki, elə Azərbaycan hökumətinin özü həmin xərcləri ödəməkdə aciz olmayıb: “Türkiyənin bu xərcləri necə ödədəyini bir kənara qoyaq. Azərbaycanın dörd prezidentində biri olmuş Elçibəyin müalicə məsrəflərini qarşılamaq üçün Azərbaycan aciz idimi? Bu sizin üçün bir utanc olmazmı? Biz, 1980-ci ildə çevriliş etmiş və bu maddə ilə ittiham olunmuş 7-ci cumhurbaşqanımız Kənan Əvrənin belə, sağlıq məsrəflərini qarşılayırıq. Əslində bunları boş yerə danışıram. Çünki ortada qəbz yoxdur, ola da bilməz. Çünki Türkiyə Türk dünyasının dəyərli bir böyüyü olan Elçibəyə sahib çıxıb və onu Ankaraya gətirib. Biz Elçibəyə sahib çıxdıq, dedik ki gəl səni müalicə edək. Bunu deyib ortaya müalicə məsrəfini ortaya atacağıq? Qısacası, gözəl qardaşım, ortada nə belə bir qəbz var, nə də Tayyib bəyin bu məsrəfin ödənilməsi ilə bağlı bir təlimatı. Ortada sənin yazdığın böyük bir yalan və fitnə var. Iddianda israrlısansa, həm Ankara xəstəxanası, həm də GATA-nın Elçibəyin müalicəsiylə bağlı qəbzini ortaya çıxart, o millət vəkilinin də adını açıqla. Bunlar o xəyali millət vəkilinin iddialarıdır deyə, söhbətdən yayınma. Əgər sübut edə bilsən, mən bir ömür çalışıb o məsrəfləri ödəyərəm. Anlaşdıqmı? Elə şey yoxdur. Həm Türkiyəyə belə bir tərbiyəsizlik edəcəksən, həm AKP-nin adından istifadə edib bizim qorxaraq buna bir şey yazamayacağımızı zənn edəcəksən, həm Azərbaycan xalqını yanıldacaqsan, həm də özünü ağıllı hesab edəcəksən. Sizin bir məqsədiniz var, o da Elçibəyi qiymətdən salmaq. Onu tərk edilmiş kimi təqdim etməklə yolu ilə gedənlərə zərbə vurmaq. Siz Heydərizmə inananlar, buna nail ola bilməyəcəksiniz. Çünki ”Orada, bir yol var uzaqda. Görməsək də, çatmasaq da, o yol bizim yolumuzdur…”.