ali insanov-yeni

Paşayevlər Əli İnsanovu öz tərəflərinə çəkmək istəyib

ali insanov-yeniSabiq səhiyyə nazirinin əfv ərizəsi yazması barədə xəbərlərin görünməyən tərəfləri

Sabiq səhiyyə naziri Əli Insanovla bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Məlumatda bildirilir ki, bu günlərdə sabiq səhiyyə nazirinin əfv ərizəsi yazması barədə xəbərlərin yayılması təsadüfi deyil.
Bildirilir ki, hakimiyyət daxilində 2013-cü ildə keçiriləcək prezident seçkisilə bağlı ziddiyyətlərin dərinləşməsi üz-üzə duran qruplaşmaların müxtəlif vasitələrdən istifadə edərək regional elektoratı öz tərəfinə çəkməyə çalışır. Bunun bir nümunəsini iqtidarda əsas söz sahiblərində olan Paşayevlər Ayaz Mütəllibovun timsalında göstərib. Məhz Paşayevlərin təkidilə ona eks-prezident statusu verilib. Ayaz Mütəllibov da bu jestin müqabilində tərəfdarlarının Paşayevlərin namizədinə dəstək verməsi barədə öhdəlik götürüb.
Məlumatlara görə, Paşayevlər Əli Insanovu da tərəflərinə çəkmək niyyətindədilər. Sabiq səhiyyə nazirinə əfv ərizəsi yazmaq təklifi də məhz bu qruplaşmadan gəlib. Plana görə Əli Insanov əfv ərizəsi yazmaqla azadlığa çıxır, daha sonra Ayaz Mütəllibov kimi Paşayevlərə yönəlik jestlər edir və sonda Qərbi Azərbaycan elektoratını Mehriban Əliyevanın ətrafında birləşməyə çağırır. Bildirilir ki, bu məsələ Əli Insanovun yaxın ətrafı ilə müzakirə edilib. Sonda sabiq səhiyyə nazirinə məlumat verilib. Lakin Əli Insanov Paşayevlərin şərtini qəbul etməyib və beləliklə də mövzu qapadılıb.

Hikmət