“Neftçi”min Avroliqadakı rəqibləri bilindi

Paytaxt təmsilçisi İtaliyanın “İnter” komandası ilə eyni qrupa düşdü

Futbol üzrə Avropa Liqasında 2012-2013-cü il mövsümünün püşkü atılıb. Ölkəmizi turnirdə təmsil edən Bakının “Neftçi” klubunun rəqibləri az öncə bəlli olub. Paytaxt klubumuz “H” qrupunda İtaliyanın “İnter”, Rusiyanın “Rubin” və Serbiyanın “Partizan” komandaları ilə mübarizə aparacaq.