Müxalifətçi qadının oğluna 2 il iş verildi

İlqar Rzayev Nərimanov rayon məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edildi. Qeyd edək ki, İ.Rzayev bu il mayın 10-da narkotik saxlama və əldə etmə maddəsi ilə həbs olunub. İ.Rzayev aprelin 22-də İctimai Palatanın 20-ci sahədə keçirdiyi mitinq zamanı  çıxış edərək hakimiyyəti sərt tənqid edən Şirinbacı Rzayevanın oğludur. Mitinqdən iki gün sonra Rzayevlər ailəsinin Mirzağa Əliyev küçəsində yerləşən evləri  xəbərdarlıq edilmədən sökülüb. Bu hadisədən yarım ay sonra isə Ş.Rzayevanın oğlu İ.Rzayev narkotik maddə ittihamı ilə həbs edilib.
İ.Rzayevin vəkili Əsabəli Mustafayev qərarın sifarişli olduğunu və qərardan apelyasiya şikayəti verəcəklərini bildirdi.
Qeyd edək ki, dövlət ittihamçısı İ.Rzayevin 2 il 9 ay müddətinə həbs olunmasını istəmişdi (musavat.com).