Macarıstan Ədliyyə Nazirliyi erməni tərəfinin qaldırdığı hay-küydən sonra Ramil Səfərovun Azərbyacana ekstradisiyası ilə bağlı rəsmi məlumat açıqlayıb. Macarıstan Ədliyyə Nazirliyi bəyan edib ki, 1983-cü ildə qəbul olunmuş “Məhkumların təhvil verilməsi barədə” Konvensiyasına qoşulan ölkələrdən biri məhbusu öz ölkəsində cəza çəkmək üçün digərinə ekstradisiya edə bilər.
Məhbusu qəbul edən tərəf cəzanın çəkilməsini təmin edə, yaxud cəzanı həmin ölkənin daxili huquqi prosedurları çərçivəsində dəyişdirə bilər.
“Azərbyacan həmin Konvensiyanı qəbul etdiyinə görə, Macarıstan Ədliyyə Nazirilyi Ramil Səfərovun ekstradisiyasını həyata keçirib. Konvensiyaya görə, cəza həmin ölkənin qanunvericiliyinə əsasən tənzimlənə bilər”-deyə Macarıstan Ədliyyə Nazirliyinin bəyanatında bildirilib (Modern.az).