İqtidaryönlü KIV-lərə “vahid namizəd mövzusunu” gündəmdə saxlamaq tapşırılıb
Prezident Administrasiyasından hakimiyyətin nəzarətində olan KIV-lərə göstəriş gəlib ki, müxalifət düşərgəsində aranı qarışdırmaq üçün “vahid namizəd mövzusu”nu gündəmdə saxlansınlar.
Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, göstərişə əsasən hökumət KIV-ləri müxalifət düşərgəsinin sıravi təmsilçilərindən tutmuş, funksionerlərə qədər hər kəsdən “vahid namizəd mövzusu” ilə bağlı intriqa yaradan açıqlamalar götürməlidir. Hökumət bununla müxalifət daxilində gərginlik yaratmaq və düşərgənin aparıcı qüvvəsi olan Ictimai Palatanı parçalamaq niyyətindədir. Məlumatlarda deyilir ki, bundan başqa hökumət KIV-lərinə tapşırılıb ki, müxalifət daxilində gərginliyin olması barədə “etibarlı” mənbələrə istinadən xəbərlər yaysınlar. Bu kampaniya nəticə verənə qədər davam etdirilməlidir.
Informasiya şöbəsi