İctimai Palatanın üzvünü naməlum şəxslər axtarır

Həsən Şıxəliyev Naxçıvanla bağlı mətbuata danışdığı üçün təzyiqlərə məruz qaldığını düşünür

Ictimai Palatanın üzvü Həsən Şıxəliyevə təzyiqlər başlayıb. Bu haqda “Azadlıq”a Həsən Şıxəliyevin özü məlumat verib.
Həsən Şıxəliyev avqustun 27-də mətbuatda Naxçıvanda baş verən hadisələrlə bağlı müsahibə verib. O, müsahibəsində Muxtar Respublikada baş verən sosial, siyasi vəziyyətdən danışıb və bir sıra problemləri gündəmə gətirib. Bundan iki gün sonra isə “CIP” markalı avtomobildə üç nəfər Həsən Şıxəliyevin gündəlik oturduğu yerlərə gələrək onunla maraqlanıb. Indi belə aydın olur ki, Ictimai Palatanın üzvünü iki gündür ki, axtarırlar.
H.Şıxəliyev hesab edir ki, bu, onun mətbuatda Naxçıvan haqqında dediyi fikirlərlə bağlı ola bilər. O əlavə edib ki, başına gələcək hər hansı bir hadisəyə görə məhz onu axtaranlar və onlara təlimat verənlər məsuliyyət daşıyır.

Ramin DEKO