UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticələri:
A qrupu:
Porto, Dinamo Kiyev, PSG, Dinamo Zaqreb
B qrupu:
Arsenal, Schalke04, Olympiacos, Montpellier
C qrupu:
Milan, Zenit, Anderlecht, Malaga
D qrupu:
Real Madrid, Manchester City, Ajax, BorussiaDortmund
E qrupu:
Chelsea, Shakhtar Donetsk, Juventus, Nordsjælland
F qrupu:
Bayern, Valencia, LOSC Lille, BATE
G qrupu:
Barcelona, Benfica, Spartak Moskva, Celtic
H qrupu:
Manchester United, Braga, Galatasaray, Cluj
Püşkatma mərasimindən sonra isə 2011-2012-ci il üçün Avropanın ən yaxşı oyuncusu elan edilib. Bu, İspaniya yığması və Barselonanın yarımmüdafiəçisi Andres İniesta olub. Mükafata onunla yanaşaı argentinalı Messi və portuqaliyalı Ronaldo da namizəd idilər (“Azadlıq” radiosu).