“ZQAN Holdinq” Azərbaycanda qida sektoruna daxil olacaq. “Qafqazinfo”nun məlumatına görə, bu barədə məlumat holdinqin yaranmasının ildönümü ilə bağlı keçirilən tədbirdə elan olunub. Holdinqin İdarə Heyətinin sədri Vaqif Həsənov deyib ki, yaxın gələcəkdə bir neçə müəssisə fəaliyyətə başlayacaq. O, artıq bu istiqamətdə müəyyən işlər görüldüyünü vurğulayıb. İlk olaraq isə toyuqçuluq fabrikinin təməlqoyma mərasimi keçiriləcək.
Qeyd edək ki, “ZQAN” Holdinqin prezidenti Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.