Əsədin daha bir qırıcısını vurdular

Suriya Azadlıq Ordusu (SAO) Əsəd rejiminə sadiq qüvvələrin qırıcı təyyarəsini vurublar. Türkiyə KİV-in verdiyi xəbərə görə, təyyarə Türkiyə sərhədinə yaxın hava məkanında məhv edilib. Təyyarənin pilotu paraşütlə tullanaraq xilas ola bilib. Ancaq pilotu tapmaq mümkün olmayıb.

Qeyd edək ki, srağagün SAO Əsədə sadiq qüvvələrin 14 vertolyotunu məhv etmişdi (Lent.az).