Rusiya səfirliyi qarşısında aksiya olacaq

Hüquq müdafiəçiləri “Pussu Riot” qrupunun üç qız ifaçısının müdafiəsinə qalxır

“Demokratiya naminə oxu” (Sing for democrasy) hüquq-müdafiə kampaniyası sentyabrın 1-də günorta bu ilin fevralında Xilaskar Isa məbədində istehzalı ibadət keçirən “Pussu Riot” qrupunun üç ifaçısının Rusiyada 2 il müddətinə azadlıqdan məhrum edilməsinə etiraz əlaməti olaraq Rusiyanın Bakıdakı səfirliyi qarşısında piket keçirəcək.
Aksiya iştirakçıları həbs edilmiş qızların azad edilməsini tələb etmək niyyətindədir. Artıq piket təşkilatçıları Bakı meriyasına xəbərdarlıq göstəriblər. Kampaniyanın koordinatoru Rəsul Cəfərov qeyd edib ki, aksiya təşkilatçıları pravoslavların dini hisslərinə hörmətlə yanaşırlar, lakin qızlara verilən cəzanı siyasi sifarişlə qəbul edilmiş qeyri-adekvat sərt cəza hesab edirlər.
Bundan başqa, facebook şəbəkəsində bu aksiya ilə bağlı xüsusi qrup yaradılıb.