Rusiya dövlət tele-radio şirkətinin rəhbərliyi sovet dövrünün populyar “Nu, poqodi!” cizgi filminin uşaqların sağlamlığı və inkişafı üçün zərərli olduğunu bildirib.
Odur ki, sentyabrın 1-dən bu cizgi filmi yalnız gecələr göstəriləcək. Bu barədə “Exo Moskvı” radiostansiyası məlumat yayıb. Teleşirkətdə hesab edirlər ki, cizgi filmləri uşaqların zərərli informasiyadan qorunması haqqında yeni qanuna ziddir. Bu qanun sentyabrın 1-dən qüvvəyə minəcək.
Şirkətin uşaq verilişləri studiyasının rəhbəri Tatyana Sıvareva bildirib ki, hazırda televiziyanın uşaq kanallarında nümayiş etdirilən veriliş və seriallardakı “şübhəli məqamlar”ın aradan qaldırılması üzrə iş gedir.
O, populyar sovet cizgi filmində məhz hansı məqamın yeni qanuna zidd olduğunu açıqlamayıb.
Istisna olunmur ki, söhbət canavarın siqaret çəkdiyi, başqa heyvanları döydüyü, oğurluq etdiyi və dovşana qarşı özünü aqressiv apardığı epizodlardan gedir.
“Nu, poqodi!” uşaqlar üçün zərərli imiş
•
•