Misirin keçmiş baş naziri, Mübarək rejiminin devrilməsindən sonra keçirilən ilk prezident seçkilərində namizədliyini irəli sürərək ikinci tura keçən Əhməd Şəfiqə səyahət qadağası qoyulub. Qadağanın qoyulmasına səbəb eks baş nazirin korrupsiyada şübhəli bilinməsidir. O, 40 min kvadrat metr torpaq sahəsini qanunsuz əldə etməkdə günahlandırılır.