Hind–Avropa dillərinin vətəni Türkiyədir

Yeni Zelandiya alimləri gen misalında yüzlərlə ortaq sözlərin inkişafını təhlil edib.

Yeni nəzəriyyə Hind-Avropa dillərinin Xəzəryanı düzənliklərində deyil, müasir Türkiyənin şərqində yarandığını bildirir.

Yeni Zelandiya tədqiqatçıları bu nəticəyə virusların yayılmasının müəyyənləşməsində istifadə olunan filogenetik təhlil əsasında gəliblər.

Nüfulzu Science dərgisindəki məqalədə 2.5 milyard adamın danışdığı Hind-Avropa dillərinin 9 min il əvvəl Anadoluda yarandığı bildirilir.

Anadolu hipotezası ilk dəfə 1980-ci ildə Britaniya linqvisti Colin Renfrew tərəfindən irəli sürülüb.

Daha ənənəvi hipotezaya görə dünyanın ən böyük dil ailəsi 5 min il əvvəl Xəzəryanı düzənliklərində peyda olub.

DNT
Linqvistlər virusolgiyada tətbiq edilən DNT analizi üsulundan istifadə ediblər ki, həmin metod ümumi kökdən gələn və ortaq genə malik olan orqanizmlərin təkamülünü müqayisə edir.

Yeni Zelandiya alimləri gen misalında yüzlərlə ortaq sözlərin inkişafını təhlil edib.

103 Hind-Avropa dilindən 207 sözün əsasında qurulmuş filogenetik kompyuter modeli Anadolu nəzəriyyəsinin əsaslı olduğunu göstərir.

Tənqid
Hərçənd ki, yeni araşdırma bəzi dilçilərin tənqidinə səbəb olub.

Helsinki Universitetinin professoru Petri Kallio hesab edir ki, genetikada istifadə olunan izotopların dağılması sürətinə əsaslanan konkret metodu olmadan qədim dillərin yaranmasını dəqiq müəyyən etmək mümkün deyil.

BBC Azəri