Ermənilər gizirimizi öldürdü

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusu itki verib. APA-nın məlumatına görə, hadisə bu gün cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Gizir Müşfiq İlham oğlu Bayramov düşmən gülləsinə tuş gəlib. M. Bayramov aldığı güllə yarasından şəhid olub.