AXCP-dən Əli Əhmədova cavab

Həsən Kərimov: “Hakimiyyət çətin durumdadı. Ona görə də növbəyə düzülərək Hafiz Hacıyevə, daha doğrusu öz çirkin əməllərinə haqq qazandırmağa çalışırlar”

“Əli Əhmədov vəziyyətin adekvat olmadığını görərək belə açıqlama verməklə Hafiz Hacıyevin iftiralarına haqq qazandırmaq istəyir”. Bu sözləri “Azadlıq”a AXCP Ali Məclisinin sədri Həsən Kərimov YAP-ın icra katibi Əli Əhmədovun “zəhərlənmə şousu” ilə bağlı iddialarına münasibət bildirərkən deyib.
Əli Əhmədov mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənməsi barədə Hafiz Hacıyevin iddiasına haqq qazandırıb. YAP rəsmisi iddia edib ki, burada hər hansı siyasi motiv yoxdur. Sadəcə müxalifət məsələyə hüquqi yanaşmanı siyasiləşdirməklə özünə xal qazanmaq istəyir.
Həsən Kərimov isə bildirib ki, Azərbaycan hakimiyyətin bu çirkin metodla AXCP, onun sədri Əli Kərimli və bütövlükdə demokratik düşərgəsini ləkələməyə çalışırdı. Lakin məqsədinə nail ola bilmədi: “Cəmiyyət iqtidarın bu çirkin niyyətinə sərt təpki göstərdi. Hər kəs bu məsələnin siyasi motiv daşıdığını, hakimiyyətin rəqiblərinə qarşı iyrənc üsullardan istifadə etdiyini anladı. Indi hakimiyyət çətin durumdadı. Ona görə də növbəyə düzülərək Hafiz Hacıyevə, daha doğrusu öz çirkin əməllərinə haqq qazandırmağa çalışırlar. Amma artıq gecdi. Hakimiyyət ”zəhərlənmə şousu” ilə tam iflasa uğradı”.

Hikmət