Əvəz Zeynallının səhhəti pisləşib

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının səhhətinin pisləşməsi barədə xəbər yayıb. “Xural” qəzetinin direktoru Nizami Həsənova istinadla yayılan məlumatda bildirilir ki, Əvəz Zeynallı xroniki hepatoxolesistit, böyrəkdə duzların kristallaşması, bel fəqərələrinin ostreanxondrozu və başqa xəstəliklərdən əziyyət çəkir, burun çəpərində isə təcili əməliyyata ehtiyacı var.

RATİ Azərbaycan hökumətini Əvəz Zeynallını lazımi tibbi yardımla, ehtiyac yaranarsa, mülki tibbi müəssisədə müalicə ilə təmin etməyə çağırır.

Əvəz Zeynallının 43 yaşı var. O, 2011-ci il oktyabrın 28-də rüşvət alma ittihamı ilə tutulub. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanır (media forum).