Türkiyə ödənişsiz təhsil sisteminə keçid barədə qərar qəbul edib. Baş nazirinin müavini Bülənt Arınç ölkədə təhsil haqqının ləğv edildiyini bildirib. Hökumət üzvü baş nazir Rəcəb Tayyib Ərdoğanın imzalaycağı qərarla ali təhsil almaq istəyənlərdən ödəniş alınmaayacaq. 2011-2012 tədris ilindən etibarən 1 milyon 524 min 380 tələbənin təhsil haqqından azad olunmasını nəzərdə tutan qərar sabah rəsmi qəzetlərdə dərc ediləcək. Arınç əlavə edib ki, ilk ali təhsil pulsuz olacaq. İkinci ali təhsil almaq istəyənlər isə pul ödəməli olacaq.
Türkiyədə pullu təhsil ləğv olundu
•