“Rembo” daha bir əzizini itirdi

Stalonenin ögey bacısı da dünyasını dəyişdi

 Ötən ay 36 yaşlı oğlunu itirən məşhur aktyor Silvestr Stalone ögey bacısı Toni An Filitinin ölümüylə növbəti dəfə sarsılıb. “Rembo”nun ögey bacısı Filiti uzun müddət mübarizə apardığı ağciyər xərçəngindəən 48 yaşında dünyasını dəyişib.

Filitinin anası Ceki Stalonenin Santa Monikadakı evində dünyasını dəyişdiyi açıqlanıb. Əlavə edək ki, ötən ay Staloenin oğlu Steyc Los Angelesdəki evində ölmüş vəziyyətdə tapılmışdı.