Oğul atasını onu danladığına görə qətlə yetirdi

Hadisə Quba rayonunun Nügədi kəndində baş verib

Bu gecə saat 04:00 radələrində Quba rayonunda 17 yaşlı oğlan atasını qətlə yetirib. Quba rayon Prokurorluğunun böyük müstəntiqi Elmar İsmayılovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Quba rayonunun 1-ci Nügədi kəndində Novruz Etiram oğlu Məmmədzadə atası Ehtiram Novruz oğlu Məmmədovu bıçaqla boyun nahiyyəsindən bıçaqlayıb.

Belə ki, bu il Novruz Məmmədzadə ali məktəbə qəbul olub. Lakin atası hər gün sipirtli içki qəbul edərək ona “imtahandan yüksək bal toplaya bilmədin, çörəyim sənə haram olsun” deyirmiş. Bu gün də Ehtiram Məmmədov sərxoş halda oğlunu danlayan zaman Novruz atasını bıçaq zərbəsilə susdurub.

Artıq Novruz Məmmədzadə şübhəli şəxs kimi saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.