“Forbs” (“Forbes”) jurnalı ən çox qazanan məşhurların siyahısını açıqlayıb. Amerikalı televiziya aparıcısı Opra Uinfri birinci yerdə dayanır. Onun 2011-ci ilin mayından 2012-ci ilin mayına qədər 165 milyon dollar qazandığı bildirilir. Opra Uinfri “Ən çox qazanan məşhurlar” reytinqinə dörd ildir başçılıq edir.
“Forbs”un hesablamalarına əsasən, ildə 160 milyon dollar qazanan rejissor və prodüser Maykl Bey ikincidir. Rejissor Stiven Spilberq 130 milyon dollar qazancla üçüncü pilləni tutur.
Dördüncü və beşinci yerləri bölüşən prodüser Cerri Brukxaymerin və reper Andre Romell Yanqın (Dr.Dre) ildə 115 milyon dollar qazandığı vurğulanır (“Media forum”).