ulduz fali

Günün ulduz falı (28.08.12)

QOÇ
Bu gün gündəlik işlərlə məşğul olmağa davam edərkən bəzi narahatlıqlar baş qaldıracaq. Situasiyada qərarsızlıq nümayiş etdirəcəksiniz. Bu səbəbdən də diqqət tələb edən işlər görərkən tədbirli olun.
BUĞA
Evinizlə bağlı faydalı işlərlə məşğul olacaqsınız. Bu gün diqqətinizi cəmləməli və davranışlarınızda iradəsizlik etməyin. Digər tərəfdən dostlarınızla maraqlı zaman keçirəcəyiniz də gözlənilir.
ƏKIZLƏR
Özünüzü güclü hiss edəcəksiniz. Sizə yaxın birindən işinizə çox yarıyacak nəsihət eşidəcəksiniz. Maraq mərkəzində olmaq ünsiyyət qurmanızı və özünüzü qarşı tərəfə qəbul etdirməyinizi asanlaşdıracaq.
XƏRÇƏNG
Çoxdan gördüyünüz işlərin nəticəsini bu gün görəcəksiniz. Tərsliyiniz üzündən bəzi xoşagəlməz hallar olacaq. Lakin bunlar keçici bir vəziyyətdir.
ŞIR
Tələsik qərarları yenidən dəyişdirməlisiniz. Həmişəki kəslərlə görüşməkdən zövq alacaqsınız. Fərqli istəklərinizin arxasında getməkdən çəkinmirsiniz. Enerjinizdən bu gün səmərəli istifadə edə bilərsiniz.
QIZ
Bu gün duyğu və düşüncələrinizi dəyişdirən vəziyyətlərlə qarşılaşacaqsınız. Həyatınızda etmək istədiyiniz dəyişiklikləri yaxınlarınızın dəstəyi ilə bacara biləcəksiniz. Içinizdəki sevgi duyğusunu gizlətməyin.
TƏRƏZI
Işlərinizi uğurla davam etdirəcəksiniz. Əlinizə keçən fürsətləri qiymətləndirməyi də bacaracaqsınız. Sərmayə istiqamətli cəhdləriniz olacaq. Evinizə, ya da özünüzə əşya alacağınız ehtimalı var.
ƏQRƏB
Bu gün pulla bağlı xərcləmələrinizə diqqət yetirin. Günün maliyyə mənzərəsi elə də yaxşı deyil. Ancaq siz nəzərdə tutmadığınız məsrəflərlə qarşılaşa bilərsiniz.
OXATAN
Işlərinizi uğurla davam etdirə biləcəyiniz bir gündür. Əlinizə keçən fürsətləri qaçırmayacaqsınız. Yaxınlarınıza diqqət yetirməniz yerinə düşər. Bəzilərinin sizin qayğınıza ehtiyacı var .
OĞLAQ
Istəklərinizin gücü sizi hərəkətə keçirəcək. Son günlər maddi baxımdan sıxıntı çəkirdiniz. Bu keçicidir. Buna görə əhvalınız korlanmasın. Yaxın zamanlarda gəliriniz olacaq.
DOLÇA
Bu günlərdə hadisələrin çox sürətli inkişaf etdiyini düşünəcəksiniz. Ancaq bəzi qərarlar verərkən daha təmkinli və daha sakit olmalısınız. Yazışmalar və razılaşmalar istiqamətli fərqli işlər görəcəyiniz istisna deyil.
BALIQLAR
Zehni və fiziki baxımdan özünüzü daha qüvvətli hiss edəcəksiniz. Yaxınların sözünə qulaq asaraq hərəkətə keçin. Enerjinizi boş və mənasız işlərə sərf etməyin.