Dağıstanın şeyxi öldürüldü

Dağıstanda növbəti terror aktı həyata keçirilib. “İTAR-TASS”ın yaydığı məlumata görə, terror aktının hədəfi Dağıstanın yerli müsəlmanlarının lideri şeyx Səid Əfəndi olub. Hüquq-mühafizə orqanlarındakə mənbənin bildirdiyinə görə, dini lider Çirkey Buynakskiy kəndindəki evinin parladılması nəticəsində həyatını itirib.

Qanlı hadisənin kamikdaze-qadının törətdiyi deyilir. Şeyxin evinin partladırlması nəticəsində yoldan keçən 3 nəfər də dünyasını dəyişib. “Life News” bildirib ki, kamikdadze-qadın şeyxə vətəndaşların qəbulu vaxtı yaxınlaşaraq üzərindəki partlayıcı qurğunu işə salıb. Səid Əfəndi adı ilə tanınan Səid Açayev 1937-ci ildə anadan olub. O, Dağıstan müsəlmanları arasında böyük nüfuza sahib dini liderlərdən biri idi.