Yanukoviç rejiminin cəhdləri səmərəsiz qaldı
Ukrayna hakimiyyətinin ciddi cəhdlərinə baxmayaraq eks baş nazir Yuliya Timoşenkonun həbsi məsələsi tezliklə Avropa İnsan Haqları Məhkəməsində müzakirərə çıxarılır. Bu gün başlanan dinləmələr “Yuliya Timoşenko Ukraynaya qarşı” adlanır. Eks baş nazir AİHM-nə avqustun 10-da müraciət ünvanlayıb. Məhkəmə gözlənilmədən Timoşenkonun işinə tezliklə baxmaq qərarına gəlib.
Timoşenko müraciətinə siyasi sifarişlə həbs olunduğunu bildirib. O, həbsdə zorakılıq və qeyri-insani rəftarla üzləşdiyini də əlavə edib. Eks baş nazirin vəkili Serqey Vlasenko deyib ki, məhkəmə ilk olaraq Timoşenkonun Ukrayna-Rusiya qaz sazişinə görə ittiham olunmasının prosedurunu araşdıracaq. Aparılan istintaq işinə yenidən baxılacaq. Vlasenko qeyd edib ki, Avropa İnsan Haqları Məhkəməsi Yuliya Timoşenko və eks daxili işlər naziri Yuri Lutsenkonun həbsini siyasi sifariş olduğunu açıqlayıb.