Suriya hakimiyyətinə siyasi və hərbi dəstəyini davam etdirən Rusiya bu dəfə Bəşər Əsədi zirehli maşınla təmin etmək qərarına gəlib. Əsəd rejiminin ehtiyac duyduğu 20 ədəd zirehli lüks avtomobilin Rusiya tərəfindən təmin olunacağı açıqlanıb. Avropa Birliyi tərəfindən Suriyaya tətbiq olunmağa başlanan sanksiyalar çərçivəsində dünya liderlərini zirehli vasitə ilə təmin edən “Audi”, “BMW” və “Mercedes” firmalarının Əsəd rejiminin sifarişlərindən imtina etməsindən sonra rus şirkətləri fəallığa başlayıb.
“İzvestiya” qəzetinin xəbərinə görə Bəşər Əsəd və nazirlərinə 20 ədəd yüksək təhlükəsizlik üsulu ilə hazırlanmış zirehli avtomobillərin sifarişini Rusiyanın “Armour Tex” ilə “Armour Group” şirkətləri hazırlamağı öhdələrinə götürüblər.