Regionlardan AXCP sədrinə dəstək

İctimai Palatanın yerli təşkilatları toplandı

Ötən gün İctimai Palatanın Naxçıvan, Sumqayıt, Salyan, Saatlı və Bakının Səbael rayonu təşkilatlarının toplantısı keçirilib. Toplantılarda mövcud ictimai-siyasi vəziyyət müzakirə olunub, Elçibəyin vəfatı ilə bağlı cinayət işinin açılması məsələsinə diqqət yönəldilib. İP yerli təşkilatları bunu AXCP sədri Əli Kərimliyə qarşı təxribat kimi qiymətləndirərək, pisləyiblər.
Toplantılarda təşkilatlara yeni üzvlər də qəbul olunub.

İnformasiya şöbəsi