“Erməni soyqırımı” iddiaları Fransada dərsliklərə salınır
Fransa qondarma erməni soyqırımı haqqında iddiaları dərsliklərə salır. “CNN Türk”-ün verdiyi məlumata görə, Fransada sentyabrın 4-də başlayacaq dərs ilində şagirdlərin kitabında “erməni soyqırımı” başlıqlı bölüm olacaq. Dərs kitabları ilə bağlı təftiş işləri Nikola Sarkozinin vaxtında başlamışdı. Yeni seçilən Fransua Ollandın dövründə isə bu işlər davam etdirilib.
Artıq orta məktəbin 3-cü sinif tarix və çoğrafiya dərsliklərində 1915-ci il hadisələri “soyqırım” olaraq tədris ediləcək. Qeyd edək ki, Fransa və Türkiyə münasibətləri yanvar ayında erməni iddiaları səbəbilə dondurulmuşdu. Belə ki, ilin əvvəlində isə 1915-ci il hadisələrinin “soyqırım” olduğunu inkar edən qanun layihəsi parlamentindən keçsə də, Konsitutsiya Şurası qanun layihəsini ləğv etmişdi. Türkiyə-Fransa ilə diplomatik münasibətlər isə Fransua Ollandın prezident seçilməsindən sonra nisbətən nizama salınmışdı.