Cahit Kılıcın adı Qənimət Zahid deyil

İqtidaryönlü mətbuatdan gülməli iddia

Hakimiyyətyönlü bəzi qəzetlərdə gülməli bir xəbər yer alıb. Həmkarlarımız iddia edirlər ki, onlar ciddi araşdırıblar və “bəlli olub ki, Türkiyədəki “Haber X” saytının yazarı, yazıçı-jurnalist Cahid Kılıç adlı adam ya yoxdur, ya da heç bir ictimai fəallığı olmayan bir adamdır. Bu imza ilə yazıları isə əslində, “Azadlıq” qəzetinin baş yazarı Qənimət Zahid yazır”.
Xəbər diqqətimizi cəlb etdi. Davamlı olaraq Azərbaycan diktaturası haqqında sərt yazılarla və TV çıxışları ilə fərqlənən Cahid bəyin bir TV çıxışını izləyicilərimizə təqdim edirik – Cahid bəyin nəinki mövcud olduğunu, həm də diri-diri danışdığını isbatlamaq üçün. Həm də xüsusi araşdırma aparmadan. Çünki araşdırmaya ehtiyac yoxdur, zatən. O ki qaldı Qənimət Zahidin yazılarına, baş redaktor istər Azərbaycan, istərsə də xarici medyada yalnız öz imzası ilə yazır və imzasını gizlətmək üçün də heç zaman heç bir cəhd etməyib.

İnformasiya şöbəsi