Amerikalı astronavt, Aya ayaq basan ilk insan Neil Armstronq uzun sürən xəstəlikdən sonra avqustun 25-də 82 yaşında vəfat edib. Armstronq ürək-damar xəstəliyindən əziyyət çəkirmiş. Ailəsi bildirib ki, astronavt ürək əməliyyatından sonra keçinib.
ABŞ prezidenti Barak Obama Armstronqun ailəsinə baş sağlığında ölkənin böyük itki verdiyini bildirib.
1969-cu il iyulun 20-də Neil Armstrongun Ayın səthinə çıxmasını yüz milyonlarla adam izləyib. Astronavtın o vaxt dediyi sözlər 20-ci əsrin ən məşhur ifadəsinə çevrilərək yaddaşlarda həkk olunub: “Bir adam üçün kiçik addım – bəşəriyyət üçün böyük sıçrayış”.
Aya ilk ayaq basan insan öldü
•