AXCP-nin sədr müavininin fikri təhrif olunub

“Teleqraf .com” saytı AXCP sədrinin müavini Fuad Qəhrəmanlıdan aldığı açıqlamanı təhrif edərək yeni yaranan Demokratik Qüvvələrin Məşvərət Məclisi ilə İctimai Palata arasında süni gərginlik yaratmaq istəyib. Bu barədə azadlıq.info-ya sədr müavininin özü deyib.
F.Qəhrəmanlı bildirib ki, sayt ondan Məşvərət Məclisində AXCP-nin iştirakı barədə soruşub, onun cavabına isə demədiyi sözləri əlavə edib: “Mənim dilimdən yazıblar ki, Məşvərət Məclisi ilə İctimai Palata arasında qarşıdurma ola bilər və bu fikri başlığa da çıxarıblar. Mən iki təşkilat arasında qarşıdurma ola biləcəyinə heş işarə də vurmamışam, ümumiyyətlə bu haqda danışmamışam”.
F.Qəhrəmanlı onu da deyib ki, demədiyi sözləri oun açıqlamasından çıxarmaları üçün sayta müraciət edib, lakin heç bir nəticə hasil olmayıb.