“Apple”a uduzmaq “Samsung”a baha başa gəldi

Cənubi Koreya şirkətinin səhmlərinin dəyəri düşüb

“Apple” şrikətinə məhkəmədə uduzması “Samsung”a ciddi zərər vurub. Cənubi Koreya şirkətinin səhmlərinin dəyərində azalma baş verib. Bu gün Seul birjasında keçirilən hərracların ilk saatında “Samsung” şirkətinin səhmləri 7,7 faiz aşağı düşüb. Koreya istehsalçısının səhmlərinin dəyərində 2008-ci ilin oktyabrından bəri ilk dəfə azalma müşahidə olunub.

“Samsung”un səhmlərinin dəyərinin kəskin azalması avqustun 24-də Cənubi Koreya şirkəti və “Apple” arasında patent mübahisəsini araşdıran Kaliforniya ştatının San-Hose Məhkəməsi ABŞ istehsalçısının xeyrinə qərar çıxardıqdan sonra baş verib. Məhkəmə “Samsung” tərəfindən “Apple”ın “iPhone” və “iPad” modellərini yaradan zaman istifadə etdiyi texnologiyanın qeyri-qanuni üzünün köçürülməsi və Cənubi Koreya şirkətinin qarşı tərəfə 1,05 milyard dollar məbləğində kompensasiya ödəməsi barədə qərar çıxarıb. Samsung nümayəndələri məhkəmənin çıxardığı qərara etiraz edəcəklərini bildiriblər.