Qori seminariyasının yetişdirməsi Minasazov

Böyük maarifçilərin əhatəsində

Dəfələrlə qeyd edildiyi kimi, Azərbaycanda maarifçiliyin yayılması və təhsilin inkişafı istiqamətində böyük xidmətləri olan şəxslər sırasında Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası məzunlarının xüsusi rolu var. Onlar yalnız təmsil etdikləri xalqın ziyalı, yenilikçi və savadlı şəxsləri kimi yetişməklə qalmamış, öz işıqlı ideyalarını cəmiyyətin bütün təbəqələrinə yayılması üçün də əllərindən gələni əsirgəməmişlər. Belə şəxslərdən biri də Hüseyn Minasazov olmuşdur.
Minasazov Hüseyn Baxşəli oğluÿ1881-ci ildəÿBorçalıÿmahalının Sarvanÿkəndində doğulmuşdur. O, ibtidai təhsilini doğma kəndi Sarvanda bitirdikdən sonraÿ1889-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olmuş, 1894-cü ildə oranı bitirmişdir. Minasazov elə həmin il Azərbaycana köçmüş, əvvəlcəÿCavad qəzasının (indikiÿSalyanÿrayonu) Xıllı kəndində, daha sonra isə Bakıda ikisinifli Sabunçu məktəbində rus dili müəllimi işləmişdir.
Hüseyn Minasazovun bundan sonrakı fəaliyyət dairəsi xeyli geniş olub.ÿO, 1924-cü ilə qədər ara-sıra öz doğma kəndi Sarvanda (indiki Marneuli) yaşamış, yerli məktəbdə müəllimlik etmiş, Gürcüstan SSR Mərkəzi Icraiyyə Komitəsində Milli azlıqlar komissiyasının məsul katibi işləmişdir. 1924-cü ilin dekabr ayından 1928-ci ilə qədər Naxçıvan və Bakı şəhərlərində arxivlər idarəsində elmi işçi vəzifəsində çalışmışdır.
Hüseyn Minasazov müəllim işləyə-işləyə mətbuatda bir sıra elmi, elmi-publisistik məqalələr çap etdirmişdir. Belə yazılara görə pedaqoji məktəblərin müdirləri ilə Hüseyn Minasazovun münaqişələri olurdu.ÿ1902-ci ildə Minasazov redaksiyaların birində korrektor vəzifəsinə işə düzəlmiş, “Kaspi” qəzetinin korrektoru olmuşdur. O, həmin dövrdə böyük Azərbaycan mütəfəkkiri, alimi və publisisti olan mahir qəzet işçisi Həsən bəy Zərdabiÿilə ilk dəfə görüşüb yaxından tanış olmuşdur.
Hüseyn Minasazov 1906-cı ilin ortalarında ukraynalı dostu E.Bondarenko iləÿTiflisə köçmüş, “Zaqafqaziye” qəzetində əməkdaşlığa başlamışdır. O burada məşhurÿ”Molla Nəsrəddin” jurnalınınÿheyəti, onun yaradıcısıÿCəlil Məmmədquluzadəÿvə inqilabçı-demokratik hərəkatın baniləri ilə yaxından tanış olmuşdur. Bir müddətdən sonra MinasazovÿÖmər Faiq Nemanzadə, Qr.Diasilidze, I.Nakaşidze və P.Qotua kimi məşhur incəsənət xadimləri və ədəbiyyatşünaslarla dostlaşmışdır.
Mətbuatın söz meydanında
Bu dövrdə gürcü ədəbiyyatının klassiklərindən I.Çavçavadzenin vəhşicəsinə öldürülməsi onu sarsıtmışdır. 1907-ci il sentyabrın 5-də Gürcüstanın ən məşhur qəzeti olan “Isari” də (“Strela”) bütün Azərbaycan gəncləri adından başsağlığı vermiş, iki gündən sonra isə bu görkəmli şəxsiyyəti qətlə yetirən caniləri hiddətlə ifşa etmişdir.
Hüseyn Minasazov Tiflisdə dövlət orqanlarından, Poliqrafiya və Tipoqrafiya Nazirliyindən “Oqni” jurnalının çapı üçün icazə almışdır (1907). O, yeganə azərbaycanlı publisistdir ki, həmin jurnalın birinci nəşrini redaktə edib rus variantını buraxmışdır. Bu jurnal tez bir vaxtda məşhurlaşmış, yayılma miqyası genişlənmişdir. Qısa bir müddətdə “Oqni”, “Rus”, “Svobodnaya mısl”, “Odesskoe obozrenie” və s. jurnallar öz baş məqalələrini “Zakavkazskoe obozrenie” jurnalına həsr etmişdilər. Burada V.Pşavelanın, I.Nakaşidzenin, C.Məmmədquluzadənin siyasi felyetonları, Hüseyn Minasazovun siyasi xarakterli məqalə və məlumatları da çap olunmuşdur.
Hüseyn Minasazovun mahir bir jurnalist-publisist kimi yetişməsində Peterburq mühitinin çox böyük təsiri olmuşdur. O, 1909-cu ildə Peterburqa getmiş, elə həmin ildə K.Abaşidze, Qr. Diasamidze, V.Eqorov, V.Ostrovski və başqa ədiblərin əməkdaşlığı və yaxından iştirakı ilə ilk dəfə rus dilində “Ejenedelnoe obozrenie” qəzeti buraxılmışdır.
Bakı və Tiflis şəhərlərində çıxan bütün rus qəzetlərində Hüseyn Minasazov dövrün tələbləri, cəmiyyətin düzgün idarə olunması, milli münasibətlər, xalqlar arasında dostluq, qardaşlıq həmrəylik və s. kimi aktual problemlərlə bağlı məqalələrlə çıxış etmişdir. O, çar üsul-idarəsinə, çarizmə, milli qırğına qarşı çıxışlar etməklə, millətləri, xalqları milli barışığa çağırmışdır.
Mətbuatda jurnalist və publisist yaradıcılığından başqa, Minasazov xalqın inkişafı istiqamətində, teatr, dram əsərlərinin yaranması, ictimai-siyasi və mədəni-ədəbi, əhalinin incəsənət və maariflənməsi yönümündə böyük işlər görmüşdür.
1907-ci ildə Hüseyn Minasazov “Qafqazda uşaqların təhsil və savad məsələlərinin təminatı” qərarını bir qrup rus, gürcü və s. ziyalıların birgə səyi nəticəsində həyata keçirmişdir. 1907-ci ilin axırlarında Hüseyn Minasazov “Zakafkaziye” qəzetinin müxbiri kimi Təbrizə yola düşmüş, orada, yəni Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının gedişini qəzet vasitəsilə işıqlandırmışdır.
Ömrünün sonuna kimi maarifçiliyə davam
Fevral burjua inqilabından (1917) sonra Hüseyn Minasazov müvəqqəti hökumətə qarşı tənqidi çıxışlar etmişdir. Daha sonralar, 1929-cu ildən ömrünün sonuna kimi o, respublikada nəşriyyat sahəsində, sonra isə Azərbaycan Dövlət Elmi Tədqiqat Institutunun tarix-etnoqrafiya şöbəsində elmi əməkdaş işləmişdir. Bu illərdə publisist “Bir inqilabın yüz ili”, kəndli hərəkatına həsr edilmiş elmi işi və “SSRI Elmlər Akademiyasının dərsi” adlı monoqrafiyalarını yazıb tamamlamışdır. Hər iki elmi işin əlyazması dövlət arxivində saxlanılır.
Hüseyn Minasazov öz məqalələrində “Rossiya” və “Novoe vremya” qəzetlərinin şovinist əqidəli rəhbər və işçilərini tənqid atəşinə tutmuşdur. 1908-1910-cu illərdə Hüseyn Minasazov bir xeyriyyəçi kimi xarici şəhər və dövlətlərdə oxuyan müsəlman ali məktəb tələbələrindən yüzlərlə məktub almışdır. “Doğma müsəlmanların müəllim seminariyası” adlı məqaləsində Minasazov tələb etmişdir ki, Dağıstanda əhalinin savad alması üçün Qori müəllimlər seminariyasının nəzdində dağlılar üçün ayrıca şöbə açılsın.
Hüseyn Minasazov həm də tərcüməçi idi. 1911-1914-cü illərdə C.Məmmədquluzadənin “Poçt qutusu”, 1915-ci ildə I.Aşurbəyovun tipoqrafiyasında görkəmli Azərbaycan pedaqoqu M.T.Sidqinin “Kəlbə Nəsir” nağıl-şeir toplusu onun redaktorluğu ilə işıq üzü görmüşdür. Kitabın üz qabığında bu sözlər yazılmışdır: Bu kitabdan gələn qonorar yazıçıların ehtiyaca malik uşaqlarına verilsin.
Hüseyn Minasazovÿ1932-ci ildə Bakıda vəfat etmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir