Ziya Məmmədov 6 ayda 855 milyon xərcləyib

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda avtomobil yollarının saxlanmasına ayrılmış vəsait də daxil olmaqla, ümumilikdə avtomobil yollarının inkişafına 855,4 mln. manat vəsait sərf olunub. Bu barədə APA-ya Nəqliyyat Nazirliyindən bildirilib. Nazirlikdən verilən məlumata görə, hesabat dövründə 225,2 km, o cümlədən 58,5 km respublika əhəmiyyətli, 166,7 km yerli əhəmiyyətli yol təmir olunub, avtomobil yollarında 6 ədəd körpü tikilib:
“Daxili investisiyalar hesabına Gəndob-Rusiya sərhədi yeni avtomobil yolunun, Bakı-Ələt avtomobil yolunun 2-4 km hissəsi (Bayraq meydanına gedən yol) və bu yol üzərində 3 piyada keçidi tikilərək istismara verilib, bu yolun 50-69 km hissəsinin, Qəbələ-Ağdaş, Ağstafa-Poylu-Gürcüstan sərhədi (59 km) avtomobil yollarının yenidən qurulması, Ələt-Hacıqabul, Qəbələ-Oğuz, Goran-Naftalan, M-2 (336km)-Gəncə, Kürdəmir-Imişli, Bəhrəmtəpə-Biləsuvar avtomobil yollarının əsaslı təmiri işləri davam etdirilib”.