PKK-nin bir neçə düşərgəsi dağıdılıb, onlarla terrorçu məhv edilib
PKK terror təşkilatının Türkiyənin müxtəlif yerlərində dinc sakinləri və ordu birliklərini hədəf alan qanlı olayları Ankaranın səbr kasasını daşırıb. Türkiyənin terrorçu təşkilata qarşı əməliyyatları sərtləşdirib. Diyarbəkir Hərbi hava bazasından havalanan onlarla “F-16” qırıcıları İraqın şimalını bomba yağışına tutub.
Pilotsuz təyyarələrin də qatıldığı hava əməliyyatları ötən gün səhərə saatlarından başlayaraq günorttaya qədər davam edirb. Qəndil, Zap, Hakurk və Cudi düşərgələrinə tonlarla bomba yağdıran “F-16” bazaya geri dönüblər. hava zərbələri nəticəsində PKK-nın bir neçə düşərgəsinin məhv edildiyi bildirilib. Ordu və sivil rəsmilər terror təşkilatının bütün şansları tükətdiyini söyləyib. Onların sözlərinə görə, uzun illərdir davam edən gərginliyin yatırılması üçün danışıqlar təklif olunsa da PKK çağırışlara qanlı olaylara cavab verib.