Amerikalı aktyor, Hollivud ulduzu Tom Kruz Britaniyanın Sent-Olbans şəhərində yaman utanıb.
“The Telegraph” bildirir ki, həyat yoldaşı Keti Holmsdan yenicə boşanmış 50 yaşlı aktyor dostları və 19 yaşlı qızı İzabella ilə birlikdə “Veer Dhara” hind restoranına şam yeməyinə yollanıb.
253 milyon dollarlıq varidata malik aktyor yediyi yeməyin pulunu ödəyərkən pərt olub.
“Veer Dhara”nın meneceri Darşita Horun dediyinə görə, yeməkdən sonra Kruz hesablaşmaq üçün ofisianta “American Express” kartını təqdim edib. “Veer Dhara” müştərilərdən yalnız funt-sterlinq qəbul etdiyindən, kartla ödənişi mümkün olmayıb. T. Kruz da əlini cibinə atıb, amma funt tapa bilməyəndə utanıb və dostlarından 350 dollar istəyərək yediyi yeməyin pulunu verib. Aktyor restoranı mümkün qədər tez tərk etməyə çalışıb (ans press).