Putin rəqibini tutdurmaq istəyir

Rusiya müxalifətinin lideri Boris Nemtsova qarşı cinayət işi qaldırılıb

Rusiya müxalifətinin liderlərindən biri, Putin rejiminin qatı əleyhdarı kimi tanınan, baş nazirin keçmiş müavini Boris Nemtsova qarşı cinayət işi qaldırılıb. Yerli mediasının xəbərinə görə, müxalifət lideri Rusiya Cinayət Məcəlləsinin 116-cı (insana bədənb xəsarəti yetirmək) maddəsilə ittiham olunur. Söhbət 2012-ci ilin fevralında hakimiyyət tərəfdarı olan blogger Maksim Perevalovun döyülməsindən gedir.

Daha əvvəl bu barədə qaldırılan cinayət işi məhkəmə tərəfindən bağlanılmışdı. Boris Nemtsov bildirib ki, ona qarşı saxta cinayət işi təşkil edilib. Nemtsov Rusiya Respublika Partiyasının həmsədridir. Fizika-riyaziyyat elmləri namizədidir, Rusiya baş nazirinin birinci müavini olub. Rusiyanın ilk prezidenti Boris Yeltsinin silahdaşlarındandır.